İspaniya Superkuboku: "Barselona" ilin ilk "El-Klasiko"sunda "Real Madrid"i darmadağın etdi

13-01-2025, 09:52           
İspaniya Superkuboku: "Barselona" ilin ilk "El-Klasiko"sunda "Real Madrid"i darmadağın etdi
Futbol üzrə İspaniya Superkubokunun final matçı keçirilib.

Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirimiş görüşdə "Real Madrid" və "Barselona" qarşılaşacaq.

Matç 5:2 hesabı ilə katalanların xeyrinə başa çatıb. Hesabı beşinci dəqiqədə Mbappenin qolu ilə "Kral klubu" açsa da, "Barselona" ardıcıl 5 qol vurmaqla darmadağına imza atıb. Katalanların heyətində qolları Yamal, Levandovski, Rafinya (2) və Balde vurublar. "Real Madrid" ikinci hissədə Rodriqonun qolu ilə fərqi azalda bilib.

Beləliklə, "Barselona" 15-ci dəfə Superkuboka yiyələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru