Avropanın turistlər üçün ən cəlbedici üç şəhəri

13-01-2025, 12:17           
Avropanın turistlər üçün ən cəlbedici üç şəhəri
Böyük Britaniyada dərc edilən "Time Out" jurnalı Avropada turistlər üçün ən cəlbedici hesab oluna biləcək üç şəhərin adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, siyahıya Niderlandın Rotterdam şəhəri başçılıq edir.

Müəllif qeyd edir ki, Niderlandın mədəni ürəyi hesab edilən Rotterdam sürətlə Amsterdamla rəqabət aparan yeni turizm məkanına çevrilir.

İkinci sırada Macarıstanın Budapeşt şəhəri qərarlaşıb.

Belə ki, şəhərin müxtəlif maraqlı festivallara ev sahibliyi etməsi, memarlığı, müxtəlif konseptdə olan restoranları Macarıstanın paytaxtını turistlər üçün cəlbedici məkana çevirir.

Üçüncü sırada isə İrlandiyanın cənub-qərbində yerləşən Kork şəhəridir.

Paytaxt Dublinlə müqayisədə şəhərin daha sakit olması, müxtəlif sənət festivallarına ev sahibliyi etməsi, incəsənət qalereyalarının çox olması Korku Avropanın bir çox şəhərləri ilə müqayisədə daha maraqlı edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru