Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM

Bu gün, 09:14           
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Aranızda bu kreditlərdən yararlanan olubmu?
Naxçıvanın İqtisadiyyat Nazirliyi bildirir ki, ötən il sahibkarlara 4,2 milyon manatdan artıq güzəştli kredit verilib.
Məlumata görə, bu kreditlərlə 38 layihə maliyyələşdirilib. Bunun 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi isə, xidmət sahələrinin inkişafına yönəldilib.
Yerli sahibkarlar isə bildirirlər ki, bu cür kreditləri almaq üçün onlardan yüksək məbləğdə rüşvət istəyirlər deyə, pul götürməyə həvəs göstərmirlər. Onların fikrincə, güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir.
Gündəlik Naxçıvan
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.