CAR-ın neft emalı zavodunda yanğın təyyarələr üçün yanacaq çatışmazlığı təhlükəsi yaradıb

13-01-2025, 10:38           
CAR-ın neft emalı zavodunda yanğın təyyarələr üçün yanacaq çatışmazlığı təhlükəsi yaradıb
Yanvarın 4-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində, ölkənin ən böyük beynəlxalq O. R. Tambo adına hava limanı yaxınlığındakı Natref neft emalı zavodunda baş vermiş yanğın nəticəsində təyyarə yanacağı çatışmazlığı təhlükəsi yaranıb.
Bu barədə yerli “News 24” portalı məlumat yayıb.

"Yanvarın 20-dən 27-nə qədər Yohannesburq hava limanında gözlənilən təyyarə yanacağı çatışmazlığının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir" - CAR-ın dövlət hava limanı operatoru, Cənubi Afrika Hava Limanları Şirkətinin açıqlamasında deyilir.

Şirkət bildirib ki, CAR-da yanvarın 20-dək normal mülki aviasiya əməliyyatlarını təmin etmək üçün kifayət qədər yanacaq var. Lakin bu tarixdən sonra ölkənin hava limanlarına, xüsusən də Yohannesburq yaxınlığında yerləşən hava limanlarına yanacaq təchizatında fasilələr gözlənilə bilər.

Yohannesburq Beynəlxalq Hava Limanı trafikin həcminə görə Afrikadə ən böyük aeroportdur. Ötən il hava limanından 21,6 milyon sərnişin istifadə edib. Hava limanı 93 marşrut üzrə xidmət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru