Qazaxıstan torpağını Rusiyadan geri alır

12-12-2019, 13:07           
Qazaxıstan torpağını Rusiyadan geri alır
Qazaxıstan Senatı Baykonurda 11,6 min ha ərazinin Rusiya icarəsinə dair müqaviləyə xitam verən qanun qəbul edib. Cebhe.info xəbər verir ki, qanunla iki ölkə arasında 1994-cü il 10 dekabrda bağlanan müqaviləyə dəyişiklik edilir. Layihə bütün mərhələlərdən keçib və imzalanmaq üçün Prezident Qasım Comərd Tokayevə təqdim olunub.

Kənd təsərrüfatı nazirinin müavini Aydarbek Saparov bildirib ki, ümumilikdə icarədən 4 topraq sahəsi çıxarılacaq. Həmin ərazilərdə respublika əhəmiyyətli tikintilərin aparılması gözlənilir.

Bununla da Rusiyanın ödədiyi illik icarə haqqında da dəyişiklik olacaq.

Xatırladaq ki, "Baykonur" kompleksini Rusiya Qazaxıstandan icarəyə götürüb. Komleks Baykonur şəhəri və eyniadlı kosmodromdan ibarətdur. Şəhərdə 76,5 min nəfər yaşayır, onlardan 60 faizi Qazaxıstan, 37 faizi isə Rusiya vətəndaşlarıdır. Baykonur administrasiyasının rəhbəri Rusiya və Qazaxıstan prezidentlərinin sərəncamı ilə təyin olunur.
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru