Türkiyə Böyük Millət Məclisinin Sədri Azərbaycana səfərə gəlib
18-12-2019, 08:11
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 18-də Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, Mustafa Şentopu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.