Türkiyənin tanınmış rəssamı evində güllələnmiş halda tapıldı

8-01-2020, 00:05           
Türkiyənin tanınmış rəssamı evində güllələnmiş halda tapıldı
Türkiyənin tanınmış rəssamı və heykəltəraşı Rıfat Koçak Bodrumdakı evində güllələnmiş halda tapılıb.

Teref.az xəbər verir ki, bir uşaq atası olan 49 yaşlı heykəltəraşın cəsədi evinə təmir üçün gələn kondisioner ustası tərəfindən yatağında aşkarlanıb. Ustanın polisə zəng vurmasından sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin ehtimala görə, Koçak intihar edib. Onun daha əvvəl də intihara cəhd etdiyi məlum olub.

Qeyd edək ki, bir çox sərgilərin iştirakçısı olan Koçak ötən ilin sentyabrında emalatxanasında keçirdiyi qəzada barmaqlarını yaralamışdı.

Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru