Misirdən Türkiyəyə xəbərdarlıq: Diplomat XİN-ə çağırıldı

17-01-2020, 00:00           
Misirdən Türkiyəyə xəbərdarlıq: Diplomat XİN-ə çağırıldı
Türkiyənin Misirdəki müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Youm7” nəşri məlumat yayıb.

Türk diplomatın çağırılmasına səbəb rəsmi Ankaranın Qahirədə Anadolu Agentliyinin ofisinə hücumla bağlı Misir rəsmi orqanlarını sərt tənqid etməsi olub.

“Media qurumu ilə bağlı qəbul edilən qanuni qərara qarşı Türkiyə XİN-nin açıqlamasının qəbuledilməz olduğu qarşı tərəfə çatdırıldı”, - deyə bildirilib.

Xatırladaq ki, Türkiyə XİN Misir təhlükəsizlik qüvvələri tərəfindən Anadolu Agentliyinin Qahirə ofisinə hücum edilməsi və əməkdaşların bəzilərinin əsassız şəkildə həbs edilməsinə kəskin etirazını ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru