Ərdoğan Moskvaya “Qarabağ kartı” ilə gedir - Sərkisyan

4-03-2020, 14:18           
Ərdoğan Moskvaya “Qarabağ kartı” ilə gedir - Sərkisyan
Türkiyə Rusiyaya təzyiq göstərmək üçün hansısa ağrılı nöqtələr tapmağa çalışır. Onun Qarabağ istiqamətində aktivliyi bu məqamla bağlıdır.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Manvel Sərkisyan deyib.

Sərkisyan İdlib məsələsində guya Ərdoğana NATO-dan yalnız siyasi dəstəyin olduğunu və bunun üçün də Ərdoğanın Putinlə görüşə Qarabağ kartı ilə getdiyini iddia edib.

Qeyd edək ki, ötən gün Türkiyəyə gələn ABŞ nümayəndələri ən qısa müddətdə qardaş ölkəyə ən çox istifadə edilən silahlar çatdırılacağını bildirib. Eyni zamanda, Tramp NATO-nun cənub sərhədlərini qorumaq üçün “Patriot” sisteminin Türkiyəyə yerləşdirməsi ilə bağlı yaxın vaxtda qərar veriləcəyini açıqlayıb.

Bütün bunlar isə erməni siyasi elitasının əslində qara piar apardığını təsdiqləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru