Əsəd Türkiyə ilə ciddi fikir ayrılıqları nın olmadığını deyir...

4-03-2020, 18:14           
Əsəd Türkiyə ilə ciddi fikir ayrılıqları nın olmadığını deyir...
Suriya Türkiyəyə qarşı düşmənçilik etməyib, ölkələr arasında ciddi fikir ayrılıqları yoxdur.

KONKRET.az xəbər verir ki, bu sözləri RİA Novosti agentliyi Suriya prezidenti Bəşər Əsədin sözlərinə istinadən yayıb.

Əsəd Suriya ilə Türkiyənin ortaq “həyati maraqları”, Suriya ilə Türk mədəniyyətlərinin tarixən müəyyən edilmiş qarşılıqlı nüfuzuna sahib olduğunu qeyd edib.

O, ölkələr arasında ciddi fikir ayrılıqlarının mövcudluğunun “məntiqsiz” olduğunu vurğulayıb.

Suriya hökumətinin ordusu İdlibdəki Türk ordusuna atəş açıb. Nəticədə 33 Türk əsgəri ölüb, 30-dan çox adam yaralanıb. Rusiya Müdafiə Nazirliyi Suriya qoşunlarının İdlib bölgəsindəki terrorçularla Behun qəsəbəsini atəşə tutduğunu izah edərək deyib ki, Behun bölgəsində Türk hərbçiləri olmamalı idi.

Rusiya tərəfi, öz növbəsində Suriya qüvvələri tərəfindən atəşkəsin tamamilə pozulduğunu bəyan edib və xəsarət alan türk hərbçilərinin Türkiyə ərazisinə təxliyəsi üçün hərtərəfli tədbirlər görüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.