Bəşər Əsəd: “Türklərdən soruşuram: Suriya ilə probleminiz nədir?" - Video

5-03-2020, 00:00           
Bəşər Əsəd: “Türklərdən soruşuram: Suriya ilə probleminiz nədir?" - Video

"Rossiya 24" televiziya kanalının jurnalisti Yevgeni Primakov Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Söhbətin əsas mövzularından biri də çətin müharibə şəraitində olan ərəb respublikasının dövlətçiliyinin qorunması olub.

Reyting.az “Vesti”-yə istinadla xəbər verir ki, Əsəd deyib:

"Türklər bizə qardaş cəmiyyətdir. Türklərdən soruşuram: Suriya ilə probleminiz nədir?"

Suriya prezidenti bildirib ki, ölkəsi heç bir zaman Türkiyəyə qarşı düşmən mövqe tutmayıb:

"Türk vətəndaşlarının ölməsini tələb edən problem nədir?"

Bəşər Əsəd sözlərinə əlavə edib: "Türk-suriyalı evlilikləri var, ailələr var. Suriya və Türkiyənin ortaq maraqları mövcuddur. Türkiyədə çox sayda Suriya mənşəli insan, Suriyada isə çox sayda türk mənşəli insan var. Qarşılıqlı mədəniyyət mübadiləsi tarixə söykənir. Buna görə də, aramızda ciddi fikir ayrılıqlarının olması məna vermir”.

"Biz konstitusiya ilə yaşayan bir dövlətik. Qərbin təhdidlərinə tabe olmuruq. Bizdən bir neçə dəfə prezidentlik və ya parlamentlə əlaqədar tələblər irəli sürülüb. Onları rədd etdik”, – Əsəd bildirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.