Türkiyə Əsədin "sağ əli"ni vurdu: "Pələnglər" başsız qaldı - Foto

5-03-2020, 00:00           
Türkiyə Əsədin "sağ əli"ni vurdu: "Pələnglər" başsız qaldı - Foto
Türkiyə Silahlı Qüvvələri İdlibdə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.

Axar.az xəbər verir ki, Türkiyə əleyhinə çıxışları ilə tanınan "Pələng qüvvələri" xüsusi təyinatlılarının başçısı, Əsədin "sağ əli" olaraq bilinən Süheyl Həsən PUA-lar tərəfindən vurulub. Onun yaralı vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, S.Həsən son açıqlamasında Türkiyənin hədəfinin Hələb olduğunu və "İstanbul təslim olar, Hələb təslim olmaz" demişdi.

S.Həsən Rusiya Baş Qərargahı tərəfindən də rejim qüvvələrinə xidmətinə görə mükafatlandırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru