Avtobusda qadına əli ilə qeyri-etik hərəkətlər edən şəxs belə döyüldü - VİDEO

5-03-2020, 08:35           
Avtobusda qadına əli ilə qeyri-etik hərəkətlər edən şəxs belə döyüldü - VİDEO
İstanbulda avtobusda gedərkən bir qadına təcavüz etmək istəyən şəxs döyülüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtobusda ayaq üstə dayanan qadın arxasında dayanan şəxsin ona əli ilə təcavüz etmək istədiyini anladıqda qışqırmağa başlayıb. Həmin şəxs digər sərnişinlər tərəfindən qadından uzaqlaşdırılıb.

Avtobus növbəti dayanacaqda dayananda qaçmağa çalışan şübhəli şəxsi sərnişinlər yaxalayaraq döyüblər. Təcavüzə məruz qaldığını iddia edən qadın isə şübhəli şəxsdən şikayətçi olmayıb və digər sərnişinlər hadisə yerindən uzaqlaşdıqda o, sərbəst buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru