Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib

6-03-2020, 03:03           
Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu T.Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra deyib.

Türkiyə Prezidenti bildirib: "Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq ruhu Suriyada münaqişənin dayandırılması üçün beynəlxalq səylərə misilsiz töhfə verib".

T.Ərdoğan qeyd edib ki, Türkiyə Suriyadakı böhranın həllinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsini davam etdirməkdə qərarlıdır: "Bir daha qeyd etmək istəyirəm ki, Suriyada dayanıqlı sülh və sabitliyin yeganə açarı - Cenevrədə danışıqlar masasıdır".

Xatırladaq ki, ötən gün Moskvada Türkiyə və Rusiya prezidentləri arasında Suriya məsələsiilə bağlı görüş keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.