Putin Kremldə Ərdoğana Krımı alan Yekatrinanı və rus-türk müharbəsini “xatırladır”...

6-03-2020, 19:09           
Putin Kremldə Ərdoğana Krımı alan Yekatrinanı və rus-türk müharbəsini “xatırladır”...
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dünən martın 5-də Kremldəki görüşünü “Balkanlardan keçid” bürünc saatının qarşısında keçirib. Həmin bürünc saat heykəltaraş Yevgeni Lanserin əsəridir və XIX əsrin sonlarına aid incəsənət əsəridir. Heykəltaraş həmin əsərində 1877-1878-ci illərdə Bolqarıstanda Osmanlı ordusunu darmadağın edən rus əsgərlərinin şücaətinə həsr edilib.

Virtualaz.org xəbər verir ki, Putinin Ərdoğana bu “incə mesajına” sosial şəbəkə istifadəçiləri diqqət yetiriblər. Üstəlik onların gözündən bu detal da yayınmayıb ki, görüşün keçirildiyi zalda II Yekatrinanın heykəli də dayanmışdı. Və heykəl zalda elə qoyulmuşdu ki, Yekatrinanın nəzərləri sanki prezident Ərdoğana zillənmişdi. Hansı ki, o 1783-cü ildə Krım yarımadasını türklərdən alaraq Rusiya imperiyasına birləşdirmişdi.

Putin Kremldə Ərdoğana Krımı alan Yekatrinanı və rus-türk müharbəsini “xatırladır”...

Sosial şəbəkələrin rus seqmentinin istifadəçiləri bu detalları “ilin trollinqi” adlandırıblar. Və heykəlin və saatın təsadüfən seçilmədiyini qeyd ediblər.

Putin Kremldə Ərdoğana Krımı alan Yekatrinanı və rus-türk müharbəsini “xatırladır”...

Xatırladaq ki, Ərdoğanla Putinin danışıqları Suriyanın İdlib vilayətində baş verənlərə həsr edilmişdi. İki ölkə rəhbəri saatdan çox davam edən təkbətək danışıqlardan sonra İdlibdə bütün döyüş əməliyyatlarının dayandırılması, təhlükəsizlik dəhlizinin yaradılması və birgə patrul təşkil edilməsi barədə razılığa gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.