Ərdoğan qardaşı qızının nikah şahidi oldu

8-03-2020, 00:02           
Ərdoğan qardaşı qızının nikah şahidi oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşı Mustafa Ərdoğanın qızı Sevda Ərdoğanın toy mərasiminə qatılıb.

Türkiyə lideri toyda xanımı Əminə Ərdoğanla birgə iştirak edib.

Ərsin Özsoy adlı bəylə evlənən S. Ərdoğanın nikah şahidi Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, Xəzinə və Maliyyə naziri Barat Albayraq və xanımı Əsra Albayraq, TBMM-nin sabiq sədri Binəli Yıldırım və İsmail Qəhraman olublar.

Cütlüyü təbrik edən Ərdoğan daha sonra kəbin kağızını onlara təqdim edib. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru