Əhməd Davudoğlu: “Prezident Ərdoğana zəng etdim, amma...”

8-03-2020, 12:23           
Əhməd Davudoğlu: “Prezident Ərdoğana zəng etdim, amma...”
Konyada Gələcək Partiyasının yerli təşkilatının açılış mərasimində çıxış edən partiyanın sədri, sabiq baş nazir Əhməd Davudoğlu Türkiyə prezidenti Ərdoğan haqqında maraqlı açıqlama verib.

Reyting.az xəbər verir ki, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu bəyan edib ki, Konyanın dəstəyini hər zaman hiss edib.

Konyanın hər zaman onların sığınacağı və etibar ediyi şəhər kimi xarekterizə edən Davudoğlu, Nəcməddin Ərbakan haqqında danışıb:

“Ərbakan müəllimimiz də dışlandığı zaman Konyaya gəldi və milli görüş hərakatını buradan başlatdı. Mən də həm baş nazir olanda, həm də indi Konyanın dəstəyini hər zaman hiss edirəm. Son 4 ildə çoxlu mesajlar aldım. Trol şəbəkəsi bizə hücum edərək təhdid etdi, “Konyaya gedəyin”, - dedilər”.

İdlibdə baş verənlərdən də söz açan Davudoğlu deyib ki, Rəcəb Teyyub Ərdoğana zəng etsə də, qarşı tərəf zənginə cavab verməyib: “İdlib hadisəsini paylaşmaq üçün bütün liderləri axtardım və fikir mübadiləsi apardıq. Müxalifət liderlərini başsağlığı üçün onunla əlaqə qurmadığını iddia edən prezident Ərdoğanı da axtardım, ancaq telefon zəngimizə cavab vermədi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.