Son bir ayda İdlibdə nə qədər türk əsgəri şəhid olub? – Ərdoğan açıqladı

9-03-2020, 00:00           
Son bir ayda İdlibdə nə qədər türk əsgəri şəhid olub? –
Son bir ayda Suriyanın İdlib vilayətində Türkiyə ordusunun 59 hərbçisi şəhid olub.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Türkiyənin Qəhrəman Qadınları” konfransında çıxışında bildirib.

T. Ərdoğan deyib ki, İdlibdə “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminin 3400 əsgəri zərərsizləşdirilib.

Türkiyə Prezidenti onu da nəzərə çatdırıb ki, Suriyada 9 ildir davam edən münaqişə nəticəsində 1 milyondan çox insan həyatının itirib ki, onların da çoxu qadın və uşaqlardır.

Qeyd edək ki, martın 5-də Moskvada R. T. Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüşdə İdlibdə atəşkəs barədə razılıq əldə edilib. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru