Baş Konsuldan Mübariz Mənsimov açıqlaması- ÖZƏL

17-03-2020, 12:35           
Baş Konsuldan Mübariz Mənsimov açıqlaması- ÖZƏL
Türkiyədə yaşayan həmyerlimiz olan məşhur iş adamı Mübariz Mənsimovun həbsi həm qardaş ölkədə həm də Azərbaycanda böyük rezonansa səbəb olub.

FETÖ ilə əlaqələr ittihamı ilə istintaqa cəlb olunan “Palmali Gruop”un sahibi haqqında artıq həbs-qətimkan tədbiri seçilib.

Mübariz Mənsimovun həm də Azərbaycan vətəndaşı olduğunu nəzərə alsaq o zaman hökumətin bu duruma biganə qalmaması vacibdir.

Gununsesi.org-un əməkdaşı Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevdən bu barədə soruşub.

Maraqlıdır ki, baş konsulumuz bu həbsdən məlumatsız olduğunu iddia edərək, əlavə şərh verməkdən imtina edib: “Baş Konsulluqda Mübariz Mənsimovun həbsi barəsində hər hansı bir rəsmi məlumat yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru