Türkiyə 238 vətəndaşını Almaniyadan təxliyə edib

21-04-2020, 07:43           
Türkiyə 238 vətəndaşını Almaniyadan təxliyə edib
Türkiyə yeni növ koronavirusun yayılması səbəbilə Almaniyada yaşayan 238 vətəndaşını təxliyə edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava əlaqəsinə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Türkiyə hökuməti 539 vətəndaşının Almaniya və İspaniyadan təxliyəsini təşkil edir.

Türkiyə vətəndaşlarını daşıyan ilk təyyarə Frankfrutdan hava qalxıb və Samsun şəhərinin hava limanında eniş edib. Təyyarədə olan 238 nəfər tibbi müayinədən keçirilib. Qızdırması olan vətəndaşlar şəhərin xəstəxanaların yerləşdirilib, digərləri isə xüsusi avtobusla 14 günlük karantin müddətini keçirəcəkləri Sinopa aparılıblar.

Qeyd edilir ki, İspaniyada yaşayan Türkiyə vətəndaşlarını təxliyə edəcək təyyarə bir neçə saat ərzində havaya qalxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru