Korona Türkiyənin aldığı S-400-ləri də "vurdu"

21-04-2020, 02:08           
Korona Türkiyənin aldığı S-400-ləri də "vurdu"
Türkiyənin satın aldığı S-400 sistemlərinin aktivasiya prosesi koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

“Koronavirus ABŞ-Türkiyə raket haqq-hesablarını təxirə saldı” başlıqlı xəbərdə Türkiyənin mövqeyindən dönməyəcəyi ifadə edilib.

Aprel ayı üçün nəzərdə tutulan aktivasiyanın bir neçə ay gecikəcəyi istisna edilməyib.

Türkiyə Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.