Türk mütəxəssisdən vacib açıqlama: əhalinin 90%-i...

22-04-2020, 14:39           
Türk mütəxəssisdən vacib açıqlama: əhalinin 90%-i...
“Qabaqlayıcı tədbirlər yumşaldıldıqca virusdan xilas olmaq daha da uzun çəkəcək”.

Bunu Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin professoru Mehmet Ceyhan deyib.

Professor bildirib ki, vəziyyətin bir neçə həftə stabil olması insanları yanılda bilər: “Bir çox ölkə də bu şəkildə yanıldı. Son günlərdə “pandemiyanın pik səviyyəsi” lazımsız şəkildə gündəm olur. Yoluxma faktının sağalan xəstə sayından daha az olması əhəmiyyətlidir. Sağalan xəstə sayı yoluxanlardan çox olduğu zaman normal sosial həyata keçid üçün mərhələli şəkildə addım atmaq lazımdır. Tədbirlər yumşaldıla bilməz. İnsanlar evdə qalmağa davam edərsə, proses 4-5 həftə çəkəcək. Əks halda daha çox zaman lazımdır”.

M.Ceyhanın sözlərinə görə, dünyada 72 qrup koronavirusa qarşı peyvənd üzərində çalışır: “Hər kəsin faydalana biləcəyi ucuz peyvəndin istehsalı illər çəkə bilər. Epidemiyalar zəlzələ kimidir. Artıq onlarla yaşamağı öyrənməyimiz lazımdır. Bunun qarşısını almağın tək yolu peyvəndləmə tədbirləridir. Pandemiyanın dayanması üçün toplumun 60%-nin müqavimətə sahib olması lazımdır. Xəstəliyi dayandırmaq üçünsə əhalinin 90%-nin peyvənd olması vacibdir”.//Publika.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.