Polisin əməliyyat keçirdiyi evdə intihar - VİDEO

24-04-2020, 00:05           
Polisin əməliyyat keçirdiyi evdə intihar - VİDEO
Poçt şöbəsi, aptek və digər obyektlərdən oğurluq etdikləri bildirilən qarətçilərin evində keçirilən polis əməliyatı zamanı şübhəlilərdən biri özünü güllələyib.

"HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Bildirilir ki, hüquq mühafizəçiləri sonuncu dəfə bir ofisdən oğurluq edən şübhəlilərin izinə düşərək, onların gizləndiyi evi müəyyən ediblər. Ətrafda təhlükəsizlik tədbirləri gördükdənsonra qapını döyüblər. Bir müddət sonra içəridən silah səsi gəlib. Bundan sonra Kadir K. adlı şübhəli qapını açaraq polislərə təslim olubvə dostunun intihar etdiyini bildirib.

İçəri daxil olan polis şübhəli Şenol E.-nin özünü vurduğunu və ağır yaralandığını müəyyən edib. O, dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, kişini xilas etmək mümkün olmayıb.

Bildirilir ki, ölən 22 yaşlı gənc bu vaxta kimi polis tərəfindən 29 dəfə saxlanılıb.

Digər cinayətkarlar həbs olunublar. Onların həyata keçirdikləri soyğun hadisələrinin bəzilərinin görüntüləri yayılıb.adalet.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.