"Qazaxıstana səmərəli korporasiya kimi baxmaq vaxtı çatıb" - Nursultan Nazarbayev

25-04-2020, 11:59           
"Qazaxıstana səmərəli korporasiya kimi baxmaq vaxtı çatıb" - Nursultan Nazarbayev
Qazaxıstana səmərəli korporasiya kimi baxmaq vaxtı çatıb.

Teref.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında deyib. Qazaxıstan Təhlükəsizlik Şurasının sədrliyi keçirilən iclasda Nursultan Nazarbayev qeyd edib ki, yaxın zamanlarda dünyanın bütün dövlətləri çətin sınaqlarla üzləşəcəklər və Qazaxıstan da istisna deyil.

N.Nazarbayev qlobal təhdidlər ətrafında vəziyyətin çox həyəcanlı ssenari üzrə inkişaf etdiyini vurğulayıb.

Mürəkkəb dövrün uğurla aradan qaldırılması üçün Qazaxıstanın artıq bu gün vaxtında və düzgün atdığı addımların həlledici əhəmiyyəti olacağını bildirən Təhlükəsizlik Şurasının sədri Qazaxıstanın qlobal çağırışların öhdəsindən gəlmək üçün bütün lazımi resurslara malik olduğunu deyib.

Təhlükəsizlik Şurasının sədri sosial-iqtisadi inkişafa qeyri-adi yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. "Mən əminəm biz bu böhranı da məğlub edəcəyik. Şəhər qubernatorları, nazirlər böyük məsuliyyət daşıyırlar. Hökumət bütün dövlət proqramlarının və böhran əleyhinə tədbirlərin səmərəli həyata keçirilməsinə nəzarəti təmin etməlidir. Bütün xalqımıza müraciət edirəm ki, görülən tədbirləri dəstəkləsinlər, birlik, nizam-intizam nümayiş etdirsinlər. Bütün görülən işlər vətəndaşların xeyrinə edilir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.