Dunya Qizilbaşları bir arada - İlk dəfə onlayn konfransda

27-04-2020, 16:30           
Dunya Qizilbaşları bir arada - İlk dəfə onlayn konfransda

Aprel ayının 25-i həmvətənlimiz Babək Hüseynlinin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində Qızılbaş soyadı ilə yaşayan azərbaycanlılar onlayn konfrans platforması vasitəsilə bir araya gəldilər.

Miq.Az xəbər verir ki, konfransda Azərbaycan, Pakistan, Əfqanıstan, Amerika, müxtəlif Avropa və Asiya ölkələrində yaşayan onlarla insan iştirak edirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan Qızılbaşlar konfransın vacibliyini vurğulayaraq yüzillər keçməsinə baxmayaraq Azərbaycan ənənələrini yaşatdıqlarını, tariximizin müxtəlif salnamələri haqqında yüksək fikir bildirdilər.

Onlayn konfransda qeyd edilib ki, Azərbaycan Səfəvi dövləti tərəfindən Muğal İmperatoru Humayuna göndərilmiş 15 000 nəfər Qızılbaş cəngavərləri o zamanlardan Hindistan ərazilərində yaşamağa başlayıblar. Eyni zamanda Böyük türk padşahı Nadir Şah tərəfindən minlərlə Azərbaycan Qızılbaşları Hindistana və Əfqanıstana yerləşdirilmişlər. Pakistanda, Hindistanda və Əfqanıstanda Qızılbaş soyadı ilə yaşayan minlərlə insan var və onlar özlərinin Azərbaycan türkü olduğunu unutmurlar. Eyni zamanda məhşur qızılbaşlar da var ki, bunlara Pakistanın Prezidenti kimi fəaliyyət göstərmiş Ağa Məhəmməd Yəhya xan Qızılbaş, Pakistanda müxtəlif sahələrdə nazir, həmçinin baş nazir işləmiş Müzəffər Əli Xan Qızılbaş və digərlərini də qeyd etmək olar.

Qeyd etmək lazımdır ki, Facebook platforması üzərində Dünya Qızılbaşları deyə səhifə yaradılmışdır və orda dünyanın fərqli ölkələrində yaşayan Qızılbaşlar onlayn şəraitdə yazışırlar. Qeyd edildi ki dünyada yaşayan vətən övladlarını növbəti konfransın onlayn deyil, real şəraitdə ata yurdu olan dogma torpaqlarda - Azərbaycanda konfrans təşkil edilsin. Eyni zamanda Dünya Qızılbaşları Diasporasının təşkil edilməsi, qeydiyyatdan keçirilməsi müxtəlif ölkələrdə təmsilçiliyinin yaradılması və digər məsələlər də qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.