Sakinlər eyvanda musiqi səsləndirdi, növbədə olan polislər rəqs etdi - VİDEO

27-04-2020, 16:35           
Sakinlər eyvanda musiqi səsləndirdi, növbədə olan polislər rəqs etdi - VİDEO
Sakinlər eyvanda musiqi ifa etdilər, patrulda olan polislər qol götürüb oynadılar.

"Hurriyet”in məlumatına görə, maraqlı görüntülər Türkiyənin Antalya şəhərində qeydə alınıb.


Bildirilir ki, evdən çıxmağın qadağan olunduğu karantin günlərində şəhər sakinlərindən biri eyvanından "Güverçin uçuverdi” mahnısını ifa edib. Həmin vaxt ərazidən keçən polis patrul xidmətinin əməkdaşları gözlənilmədən avtomobildən düşərək rəqs etməyə başlayıblar.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günündən koronavirus epidemiyasına qarşı tədbirlər çərçivəsində Türkiyədə dörd günlük küçəyə çıxma yasağı tətbiq edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru