Türkiyədən dünyanı heyrətləndirən addım - Rusiyaya özəl reys
28-04-2020, 00:05
Türkiyə dövləti Rusiyada xəstələnən vətəndaşı üçün Moskvaya xüsusi təyyarə göndərib.
Teleqraf.com xəbər verir ki, 24 yaşlı Haluk Hasan Seyithanoğlu xəstələndiyi üçün Moskvada xəstəxanalardan birinə yerləşdirilib.
Ağ ciyər xəstəliyindən əziyyət çəkən Haluk Hasan müalicəsinin Türkiyədə aparılmasını tələb edib.
Türkiyə Səhiyyə Nazirliyinin qərarı əsasında Rusiyaya bir nəfər üçün xüsusi təyyarə göndərilib və Haluk Hasan İstanbula gətirilərək xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya ilə Türkiyə arasında bütün aviareyslər ləğv edilib.