Həkimlərin koronavirusla bağlı problemə çılpaq etirazı - FOTO

29-04-2020, 02:17           
Həkimlərin koronavirusla bağlı problemə çılpaq etirazı - FOTO
Almaniyalı həkimlər koronavirus pandemiyası dövründə fərdi qoruyucu vasitələrin qıtlığına diqqət çəkmək üçün çılpaq fleşmob təşkil ediblər.

Bu barədə “Ärztezeitung” nəşri xəbər yayıb.


Bildirilir ki, tibb işçiləri Almaniyada hələ ilk yoluxma halları qeydə alınanda bu məsələyə diqqət çəkmək istəyiblər, lakin onların çağırışı cavabsız qalıb. Bu səbəbdən həkimlər və kiçik tibb heyəti “Çılpaq xilas” adlı fleşmob təşkil etmək qərarına gəliblər. Onlar bədənlərini stetoskoplar və blanklarla örtməklə sosial şəbəkələrdə geyimsiz fotolarını paylaşıblar.

“Əlimizdə olan az şey də bitdikdə, biz belə görünürük…”, - deyə, həkimlərdən biri fotoların mənasını izah edib.





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru