Türkiyədə bu gün daha 84 nəfər koronavirusdan ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 3258 nəfər ölüb. Yoluxma sayı 122 392-dir. Bu gün daha 4922 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 53 808 nəfərə çatıb.