Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi- Prezident fərman imzaladı
2-05-2020, 11:29
Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.
“Report” xəbər verir ki, ölkə prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O 2016-cı ildən Senatın sədri idi. D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.