Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək- 2023-cü ildə

3-05-2020, 00:01           
Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək- 2023-cü ildə
Türkiyənin aviasiya istehsalı təyinatlı aparıcı şirkətləri beşinci nəsil döyüş təyyarələri tədarükünə başlamaq üçün bir araya gəlib.

Prezident Administrasiyası yanında Müdafiə Sənayesi Baş İdarəsinin “Milli döyüş təyyarəsi” layihəsi çərçivəsində 2023-cü ildə ilk qırıcı təyyarələrin istifadəyə verilməsi nəzərdə tutulub.

Bu layihə ilə bağlı “Tusas” və “Havelsan” şirkətləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

Beləliklə beşinci nəsil milli döyüş təyyarələrinin istehsalında ölkənin aviasiya istehsallı ilə məşğul olan aparıcı şirkətləri birgə fəaliyyət göstərəcək. Məlumata görə, “F-35” qırıcılarının istehsalında iştirak edən türkiyəli mühəndislər də bu layihəyə cəlb olunublar(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru