Türk ordusundan əməliyyat:12 PKK terrorçusu məhv edildi

3-05-2020, 19:45           
Türk ordusundan əməliyyat:12 PKK terrorçusu məhv edildi
Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisində Tel-Abyad məntəqəsinə dünən gecə saatlarında 15-dək PKK/YPG-li terrorçu hücum edib.

TSK-nın hərbi heyəti bölgədə təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edən terrorçulardan 12-ni zərərsizləşdirib.

“Bölgədə sülhün, sabitliyin davam etməsi üçün kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətlərimiz fasiləsiz olaraq davam edir” – deyə açıqlamada bildirilib. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru