Məşhur türk ilahiyyatçı dünyasını dəyişib

3-05-2020, 19:47           
Məşhur türk ilahiyyatçı dünyasını dəyişib
Türkiyədə koronavirusdan müalicə alan türkiyəli ilahiyyatçı, yazıçı və aparıcı Ömər Döngeloğlu vəfat edib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Başakşehir xəstəxanasında müalicə alan 52 yaşlı yazıçı dünyasını dəyişib.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş prezident Abdullah Gül və Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak onun vəfatı ilə bağlı başsağlığı verib.

Bundan başqa, İstanbul Universitetinin Tibb Fakültəsinin professoru Murat Dilmener də koronavirusdan ölüb. 78 yaşlı həkim bir aydan çoxdur COVID-19-dan müalicə alırdı. /Report

WhatsAppFacebookFacebook MessengerTwitterShare












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru