Türkiyədə karbohidrogen yataqlarını öyrənmək üçün yeni metod tapılıb

4-05-2020, 07:56           
Türkiyədə karbohidrogen yataqlarını öyrənmək üçün yeni metod tapılıb
Türkiyənin Mərmərə və İstanbul Texniki Üniversitetlərinin alimləri karbohidrogen yataqlarının istismarında yeni üsul tapdıqlarını bildiriblər.

APA-nın yerli bürosunun “Anadolu” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, universitetin Coğrafiya Fakültəsindən dosent Atilla Karataş bildirib ki, Türkiyədə ənənəvi üsulla qazma-kəşfiyyat işləri çox xərc tələb etdiyinə görə karbohidrogen yataqlarının xəritəsinə uyğun olaraq həmin ərazilərdəki yeraltı suları tədqiq etməklə laylardakı neft, qaz mənbələrindən məlumat əldə etmək mümkündür.

Alim deyib ki, indiyə qədər tətbiq edilən metodlarla Türkiyədə ehtiyat neft-qaz yataqları əlverişli şəkildə öyrənilməyib.

İstanbul Texniki Universitetinin Neft-Qaz Mühəndisliyi fakültəsindən Yıldıray Palabıyık vurğulayıb ki, Türkiyədə karbohidrogen yataqlarının geoloji quruluşu bir çox ölkələrdən fərqlidir.

Alim Türkiyənin 6 müxtəlif geoloji quruluşlu bölgəsindən alınan su nümunələrinin 3 fərqli laboratoriyada ciddi analiz olunduğunu və gözlənən nəticənin əldə olunduğunu bildirib.

Həmin ərazilərdə kifayət qədər neft və qaz potensialının olduğu öyrənilib.

Qeyd edək ki, yeraltı suların tədqiqi ilə neft-qaz yataqlarının kəşfiyyatı metodu Azərbaycanda da tətbiq olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru