Maulen Aşimbayev Qazaxıstan Senatının sədri seçildi

4-05-2020, 13:21           
Maulen Aşimbayev Qazaxıstan Senatının sədri seçildi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Maulen Aşimbayevin ölkə parlamentinin Senatına yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu gün Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları ölkənin Prezident Administrasiyası rəhbərinin keçmiş birinci müavini Maulen Aşimbayevi Senatın spikeri seçiblər.

49 yaşlı Aşimbayev müxtəlif illərdə Qazaxıstan prezidentinin köməkçisi, Kazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini, Respublika Təhlükəsizlik Şurasının baş katibinin müavini vəzifələrini icra edib, “Nur Otan” (Vətənin Nuru) hakim partiyasının sədr müavini işləyib.

Xəbər verildiyi kimi, mayın 2-də ölkə prezidenti Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı fərman imzalamışdı. D.Nazarbayeva Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. Nursultan Nazarbayev 2019-cu ilin martında dövlət başçısı səlahiyyətlərini təhvil vermişdi. Dariqa Nazarbayeva 2016-cı ilin sentyabr ayından parlament Senatının deputatıdır və 2019-cu ilin mart ayında yuxarı palatanın sədri seçilmişdi.

“Qazaxıstan prezidenti haqqında qanun”a görə, Qazaxıstan prezidentinin vaxtından əvvəl vəzifəsindən azad ediləcəyi, həmçinin vəfat edəcəyi təqdirdə, ölkəyə rəhbərlik eləmək səlahiyyəti Senatın sədrinə keçir.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.