Qətərdə dövlət çevrilişi cəhdi xəbərləri : Türk zabiti çevrilişə cəhd edən generalı başından vurub öldürdü iddiası

5-05-2020, 10:35           
Qətərdə dövlət çevrilişi cəhdi xəbərləri :
Ərəb mediası Qətərdə dövlət çevrilişinə cəhd olunduğunu iddia edib.

Ərəb mediasının iddiasına görə, çevrilişə cəhd edən qətərli general bir Türkiyə zabiti tərəfindən vurularaq öldürülüb.

“News Doha”-nın iddiasına görə, çevriliş cəhdinə başçılıq edən general Məhəmməd bin Abduləziz bin Nasser əl-Ateya, Qətər kralının sarayına girmək istəyərkən bir Türkiyə zabiti tərəfindən başından vurularaq öldürülüb.

Türk zabitinin, generalın saraya daxil olmasına mane olan zaman yaşanan qarşıdurmada onu vurduğu iddia edilib. Qətər mediası isə 60 yaşlı generalın cümə günü öldüyünü açıqlayıb.

Ərəb mediasında yayılan bu xəbərlərdən sonra, Türkiyə hərbi qaynaqları iddia edilən məlumatların yanlış olduğunu və həqiqətdən uzaq olduğunu açıqlayıb.

Bu arada Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir kimi ərəb ölkələrində bu məsələnin geniş müzakirə olunması diqqət çəkib.

Türkiyə mətbuatının yazdığına görə “Qətərdə çevriliş cəhdi” iddiaları Körfəz ölkələri tərəfindən servis edilib. Hətta BƏƏ, Misir, Bəhreyndən olan sosial media hesablarının bu yöndə xeyli sayda status yazdıqları diqqətdən yayınmayıb. Adı çəkilən ölkələrdən olduğu bildirilən trollar sosial mediada haştaq açaraq, Qətərdə çevriliş cəhdinin olduğunu iddia ediblər. Bölgədəki bir çox media qurumları isə 2 aydır çevriliş cəhdinə hazırlaşan bir qrupun Qətər kəşfiyyatı tərəfindən üzə çıxarıldığı və zərərsizləşdirildiyini yazıb.

“Breakinq İsrael News”-un xəbərinə görə isə keçmiş Qətər baş naziri Hamad bin Jassim bin Jaber əl Tani, Qətər əmiri Tamim bin Hamad əl Sanini devirmək istəyib. İddialara görə, çevriliş cəhdi baş tutmayıb.

Qətər rəsmiləri isə yayılan iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıblar./Avropa.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.