Türkiyədə DƏHŞƏT – Futbolçu oğlunu boğub öldürdü

6-05-2020, 16:54           
Türkiyədə DƏHŞƏT –
Türkiyənin “Hacettepe” klubunun sabiq futbolçusu Cevher Toktaş 5 yaşlı oğlunu öldürüb.

Teref.az apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib.

O, Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də qətlə yetirib. Cinayətkar oğlunun başına yastıq basaraq boğub.

2008/09 mövsümündə “Hacettepe”nin heyətində Super Liqa həyəcanı yaşayan, karyerasının böyük hissəsi həvəskar regional komanda olan “Yıldırımspor”da keçən Toktaş cinayətin səbəbi kimi oğlunu sevmədiyini, əsəb keçirməsi ilə izah edib. Onun etirafından sonra hadisəylə bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru