Yeni növ koronavirusun (COVİD-19) müalicəsi üçün Türkiyədə istehsal olunan dərmanın satışına icazə verilib.
Publika.az "Anadolu"-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun rəsmi "Twitter" hesabında bildirib.
Yeni preparat Türkiyənin yerli dərman firması tərəfindən hazırlanıb.