Türkiyədə son gün ərzində 47 nəfər koronavirusdan öldü –STATİSTİKA

11-05-2020, 00:00           
Türkiyədə son gün ərzində 47 nəfər koronavirusdan öldü –STATİSTİKA
Türkiyədə son 24 saatda daha 1 542 nəfər koronavirusa yoluxub.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, son gün ərzində ölkədə daha 47 nəfər koronavirusun qurbanı olub.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

Ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 370 598 test aparılıb.

O qeyd edib ki, hazırda 1 154 nəfərin vəziyyəti ağırdır. Müalicə alan 92 691 xəstə sağalıb. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru