Rəsmi Ankara Həftəri hədələdi:"Əgər təmsilçilərimizi vursanız, Türkiyənin birbaşa hədəfi olacaqsınız"

11-05-2020, 00:40           
Rəsmi Ankara Həftəri hədələdi:"Əgər təmsilçilərimizi vursanız, Türkiyənin birbaşa hədəfi olacaqsınız"
Türkiyə Xarici İşlər Nazirliyi Liviyada son günlər baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Strateq.az xəbər verir ki, bəyanatda Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Həftərə bağlı milis güclərinin son günlər, xüsusi ilə mayın 9-da paytaxt Tripoli başda olmaqla, Mitiqa hava limanını, eyni zamanda, yaşayış mərkəzlərini bombalamalarına diqqət çəkilib:

“Həftərə bağlı güclər təkcə may ayının 9-da paytaxt Tripolinin mərkəzindəki yaşayış mərkəzlərinə, hava limanı və sərnişin təyyarələrinin eniş və qalxış zolaqlarına 1000-dən çox raket zərbəsi endirib. Nəticədə xeyli insan ölüb, yaxud yaralanıb. Bu, bir müharibə suçudur.

Türkiyə olaraq bəyan edirik ki, Liviyadakı diplomatik korpuslarımız, təmsilçilərimiz hədəf halına gələrsə, Həftərə bağlı olan güclər bunun qarşılığını alacaqlar. Onlar Türkiyənin birbaşa hədəfi olacaqlar”.

Bəyanatda Türkiyənin bir daha Liviyanın qanuni hökumətini tanıdığı və dəstəklədiyi xüsusi vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.