Gülnarə Kərimovanın əlindən 1,2 milyard dollar alınıb: övladları açıqladı – ŞOK FAKTLAR

11-05-2020, 10:31           
Gülnarə Kərimovanın əlindən 1,2 milyard dollar alınıb:
Gülnarə Kərimovanın övladları – İslam və İman Kərimovun adından aparılan sosial şəbəkələrin səhifələrində analarına qarşı qaldırılmış cinayət işlərində vurulan zərərin əvəzini ödəmək üçün Gülnarə Kərimovanın Özbəkistana 1,2 milyard dollar dəyərində əmlak köçürdüyü barədə məlumatlar yayılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun nəvəsi İslam Kərimovun İnstagram səhifəsində və kiçik bacısı İmanın “Facebook”dakı səhifəsində ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyevin adına Özbəkistandakı analarından verilən əmlaklar sadalalanıb.

Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovanın dövlətə verdiyi əmlaklar arasında Özbəkistan Poçtu, “Perfectum Mobile” mobil operatoru, Daşkəndin ən yaxşı rayonlarında 98 mənzil və digərləri var.

Siyahıda, həmçinin MDS tibb mərkəzi və iki özəl klinikanın, hava limanında və Daşkənddəki rüsumsuz satış mərkəzləri, Levi’s, Mango, Benetton və digər dünya markalarının mağazalar şəbəkəsi, beş restoran, dörd kinoteatr, iki idman və spa klubu, 20-dən çox tikinti sahəsi, paytaxtın mərkəzindəki 20-dən çox ticarət sahəsi, əmlak şirkətləri, heyvandarlıq fermaları, kənd təsərrüfatı ərazilərinin adları var.

İslam Kərimov bəyan edir ki, anasına məxsus bir sıra digər əmlak da məhkəmə qərarı verilmədən prezident Şavkat Mirziyoyevin kürəkəninin nəzarətinə verilib.

Özbəkistanın keçmiş prezidentinin böyük qızı, 48 yaşlı Gülnarə Kərimova Özbəkistan məhkəməsi tərəfindən cinayət şəbəkəsinin təşkilində, qəsb və mənimsəmə yolu ilə cinayət fəaliyyətindən əldə olunan gəlirlərin leqallaşdırılması və digər cinayətlərdə ittiham edilib.

Gülnarə Kərimovanın çirkli pulların yuyulması ilə bağlı cinayət işini araşdıran Özbəkistan Baş Prokurorluğu hesab edir ki, Kərimovanın xaricdə yerləşən bütün əmlakları ölkəyə qaytarılmalıdır.

Baş Prokurorluğun məlumatına görə, Kərimovanın dövlətin və vətəndaşların mənafelərinə vurduğu ziyan 1 trilyon 270 milyard 200 milyon somdur (1 milyard 651.8 milyon ABŞ dolları və ya 26.1 milyon avro).

Hal hazırda Gülnarə Kərimova Daşkənd vilayətinin Zangiata rayonundakı qadın koloniyasında cəza çəkir. Kərimova bir neçə Qərb ölkəsində başlanmış ondan çox cinayət işində iştirak edir. Bu cinayət işləri çərçivəsində ABŞ, İsveçrə, İsveç, Niderland, Fransa və bəzi Baltikyanı ölkələrdə onun bahalı əmlakı və yüz milyonlarla dollarlıq bank hesabları dondurulmuşdur. İndi bir neçə ölkə Kərimovanın dondurulmuş əmlakına iddia edir.

Son üç ildə Şavkat Mirziyoyev hökuməti bu vəsaitlərin özbək xalqından oğurlandığını və onları Özbəkistana qaytarmağa çalışdıqlarını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.