Rusiya türk TIR-larına məhdudiyyət qoymağa hazırlaşır – SƏBƏB

11-05-2020, 23:30           
Rusiya türk TIR-larına məhdudiyyət qoymağa hazırlaşır – SƏBƏB
Buna səbəb Ankaranın Rusiyaya məxsus maşınlara öz ərazisində məhdudiyyət tətbiq etməsidir. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyə başqa ölkələrin yük maşınlarına ölkə ərazisini 72 saat müddətində tərk etmək tələbi qoyur. Rusiya Beynəlxalq Avrodaşımalar Assosiasiyasının bildirdiyinə görə,yük maşınlarının 72 saat müddətində Türkiyə ərazisindən çıxması mümkün deyil.

Rusiya Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nazir Yevgeniy Ditrix Türkiyəli həmkarı Adil Qaraismayıloğlu ilə danışıb. Söhbət zamanı bu məsələ də müzakirə olunub və Türkiyə tərəfi tezliklə məhdudiyyətin aradan qaldırılacağını vəd edib.

Rusiya qurumu isə bəyan edib ki, məhdudiyyətlər bu gün saat 23:00-da aradan qaldırılmasa, Moskva da eyni məhdudiyyəti Türkiyə daşıyıcılarına qarşı tətbiq edəcək. \\Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru