Türkiyənin Ali Təhsil Şurası universitetlərdə imtahanların üz-üzə olmayacağını açıqlayıb

12-05-2020, 05:56           
Türkiyənin Ali Təhsil Şurası universitetlərdə imtahanların üz-üzə olmayacağını açıqlayıb
Türkiyənin ali məktəblərində buraxılış imtahanları və 2019-2020 tədris ilinin digər imtahanları ənənəvi qaydada, üz-üzə aparılmayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) ölkədəki bütün universitetlərə göndərdiyi açıqlamada bildirilib.

Ali Təhsil Şurası Səhiyyə Nazirliyinin bu quruma ünvanladığı tövsiyədə şəhərlərarası kütləvi tələbə hərəkəti, başqa yerlərdən tələbələrin bir araya toplanması, tələbə yataqxanalarının yenidən aktivləşməsi və imtahan atmosferində sosial məsafənin gözlənə bilinməməsi kimi hallar yeni növ koronovirusla mübarizədə, eləcə də tələbələrin sağlamlığında risk yaratdığını bildirib.

Bu tövsiyəni nəzrə alaraq Şura imtahanların onlayn və ya elektron vasitələrin imkanlarından yararlanmaqla keçirilməsi qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru