Qayınata və qayınanasını öldürüb parçaladı, üç ay soyuducuda saxladı - FOTO

13-05-2020, 15:54           
Qayınata və qayınanasını öldürüb parçaladı, üç ay soyuducuda saxladı - FOTO
Türkiyənin İstanbul şəhərində dəhşşətli cinayət hadisəsi baş verib.

Teref.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda yaşayan iranlı şəxs qayınata və qayınanasını öldürdükdən sonra parçalara ayırıb və üç ay soyuducuda saxlayıb.

Məlumata görə, dönərçi işləyən 35 yaşlı Muhəmməd Xodarahmi İran konsulluğuna gələrək, üç ay əvvəl qayınatası Siyavuş Qale Bəxtiyari ilə qayınanası Fatimə Əlidadişamsabadini öldürdüyünü etiraf edib.

Konsulluq əməkdaşlarının xəbər verməsindən sonra polis Xodarahmini saxlayıb. Ünvana gəldikdə isə qapısı bağlı otaqda soyuducunun dərin dondurucu hissəsində cəsəd parçalarını aşkarlayıb.

Belə ki, Xodarahmi ilə birlikdə şübhəlinin həyat yoldaşı və baldızı da saxlanılıb.

Xodarahmi törətdiyi cinayəti etiraf edərkən bunları deyib:

“Dönərçi işləyirdim. Maddi vəziyyətim yaxşı deyildi. Onların maddi vəziyyəti isə yaxşı idi. Beş ildir mütəmadi olaraq “Sənə biz baxırıq. Biz olmasaq, sən heçsən” deyirdilər. Psixoloji olaraq mütəmadi olaraq məni alçaldırdılar.

Hadisə günü eyni şeylər təkrarlandıqda dözə bilmədim. Arvadım və baldızımın əl-ayaqlarını bağladım. Daha sonra qayınata və qayınanamı kəsici alətlə öldürdüm, cəsədlərini parçalara ayırdım və soyuducunun dərin dondurucu hissəsində gizlətdim”.

Şübhəlinin arvadı və baldızı da hadisə baş verən vaxt əl-ayaqlarının bağlandığını deyərək, qorxduqları üçün polisə getmədiklərini vurğulayıblar. O da bildirilir ki, Xodarahmi arvadı və baldızını dəhşətin baş verdiyi evdə yaşamağa məcbur edib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.