Türkiyə yenə bəd xəbər aldı

14-05-2020, 00:05           
Türkiyə yenə bəd xəbər aldı
Türkiyədə mayın 8-də martın 26-dan bəri ən az ölüm (48), 10-da isə ən az yoluxma qeydə alınsa da, sonrakı günlərdə bu rəqəmlərdə artım müşahidə olunur
Türkiyədə bir sutka ərzində 1.6 mindən çox adamda koronavirus aşkarlanıb. Yoluxanların ümumi sayı 143 minə çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

“Bu gün 1639 yeni yoluxma təsbit olunub. Ümumilikdə yoluxanların sayı 143114-dür. Bu gün 58 pasiyentimiz dünyasını dəyişdi. Ölənlərin ümumi sayı 3952 nəfər oldu. COVID-19-dan indiyədək 101715 nəfər sağalıb, onlardan 2826 nəfər bu günün payına düşür”, - Koca Twitter-də yazıb.
Qeyd edək ki, Türkiyədə mayın 8-də martın 26-dan bəri ən az ölüm (48), 10-da isə ən az yoluxma qeydə alınsa da, sonrakı günlərdə bu rəqəmlərdə artım müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. İndiyədək dünyada 4 milyondan çox adam koronavirusa yoluxub, bunlardan 283 mindən çoxu vəfat edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.