Özbəkistan prezidentinin böyük kürəkəni bu şirkətin 75% səhmlərini aldı

14-05-2020, 15:25           
Özbəkistan prezidentinin böyük kürəkəni bu şirkətin 75% səhmlərini aldı
Prezident Şavkat Mirziyoyevin böyük kürəkəni Oybek Tursunov Uzcard markasının 75% -lik səhmlərini alıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, açıq məlumat bazasına görə, Vahid Ümumrespublika Prosessinq (banklararası ödəmə sistemi) Mərkəzi MMC-nin (Uzcard markası) təsisçisi dəyişib.

Oybek Tursunov Uzcard-da 75% nizamnamə kapitalının sahibi olub. Əvvəllər səhmlərin 75% -i MMC-nin direktoru Axror Mahmudova məxsus idi. Qalan 25% MMC-nin özünə məxsusdur.

Əvvəllər bildirilib ki, Oybek Tursunov “Promadik Invest”in 95%, Kapitalbankın isə 36% səhmini alıb.

Uzcard – Vahid Respublika Prosessinq Mərkəzinin markasıdır. Bu gün Uzcard banklararası ödəmə sistemi Özbəkistan Bankları Assosiasiyasını, Mərkəzi Bankı, Vahid Respublika Prosessinq Mərkəzini, Özbəkistan Respublikasının 30 bankını və 40 ödəmə aqreqatını birləşdirir.

2019-cu ildə Mərkəz Özbəkistanda 17 milyondan çox Uzcard kartlarına xidmət göstərib. Ödəniş sistemi provayder rolunu oynayır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru