Türkiyə rus müdafiə sistemini vurdu, ölənlər var

17-05-2020, 00:22           
Türkiyə rus müdafiə sistemini vurdu, ölənlər var
Liviya Milli Birlik Hökumətinin ordusuna məxsus Türkiyə istehsalı olan pilotsuz təyyarə paytaxt Tripolidən 140 kilometr məsafədə yerləşən Vatiyyə hərbi bazasına hava zərbələri endirib.
Teref.az-ın xəbərinə görə, hava hücumu nəticəsində Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib. Ölənlərin olduğu bildirilir. Məlumata görə, müdafiə sistemi general Xəlifə Haftarın nəzarətindəki bazaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu son bir ay ərzində bazaya 8-ci hücumdur. General Xəlifə Haftarın nəzarətindəki qüvvələr Tripoliyə hücumlar zamanı əsasən bu bazadan istifadə edir. Əlavə edək ki, Türkiyə, BMT-nin tanıdığı Milli Birlik Hökumətinə fəal hərbi dəstək verir. Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin də aralarında olduğu bəzi dövlətlər isə Xəlifə Haftarı dəstəkləyir.Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru