Peyğəmbər təhqir olundu, polis hərəkətə keçdi

18-05-2020, 00:50           
Peyğəmbər təhqir olundu, polis hərəkətə keçdi
Türkiyənin Baş Təhlükəsizlik İdarəsi Antalyada əməliyat həyata keçirib.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Tvitterdə dini dəyərləri aşağılaması ittihaml ilə F.E həbs edilib.

Baş Təhlükəsizlik İdarəsinin hadisə ilə bağlı yaydığı yazılı açıqlamada F.E-nin öz Tvitter hesabında dini dəyərləri aşağılayan, xalqın bir kəsimini diğər kəsimi əleyhinə kin və düşmənçiliyə təhrik edən fikirlər yaydığı bildirilir.

Məsələ ilə bağlı Antalya Respublika Prokurorluğu da açıqlama yayıb. Prokurorluq həmin şəxs haqqında araşdırma başlandığını bildirib.

Qeyd edək ki, F.E-nin öz paylaşımlarında Məhəmməd peyğəmbər və islam dininə həqarət etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru