Bu gün türk dünyasının nəhəng ziyalısı Oljas Süleymenovun 84 yaşı tamam olur...

18-05-2020, 18:34           
Bu gün türk dünyasının nəhəng ziyalısı Oljas Süleymenovun 84 yaşı tamam olur...
Oljas Süleymenov 18 may 1936-cı ildə Qazaxıstanın Аlma-Ata şəhərində anadan olub.
1954-1959-cu illərdə Qazaxıstan Dövlət Universitetinin Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 1959-cu ilin iyununda “Literaturnaya qazeta”da dərc olunan seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri hesab olunur. 1961-1962-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1962-ci ildə Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olub, elə həmin il Yazıçılar İttifaqına üzvlüyə qəbul olunub. 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor, 1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi, 1972-ci ildən Asiya və Afrika ölkələri yazıçıları ilə Qazaxıstan əlaqə komitəsinin, 1981-83-cü illərdə isə Qazaxıstan SSR Kinematoqrafiya Komitəsinin sədri olub. 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilib. 1975-ci ildə ona dünya şöhrəti gətirən “Az-Ya” əsərini yazıb. 1991-ci ilə qədər bir neçə çağırış Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı olub. 1991-ci ildə Qazaxıstan müstəqillik əldə etdikdən sonra ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib, UNESCO-da ölkənin səlahiyyətli nümayəndəsi olub. Oljas Süleymenov 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olub. 25 aprel 2016-cı ildə Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülmüşdür.
1990-cı ilin qanlı 20 Yanvar hadisələrini belə xatırlayır. Süleymenov baş verənlər barədə xəbər aldıqdan dərhal sonra, möhkəm soyuqlamasına baxmayaraq, Bakıya uçub.

"Rastıma çıxan ilk maşına oturub hava limanına tələsdim. SSRİ Ali Sovetinin deputat mandatından istifadə edərək hansısa yarıhərbi təyyarə ilə Bakıya uçdum, çünki onda müntəzəm uçuşlar ləğv edilmişdi. Mən onda bir həftə Bakıda qaldım. Bütün bunları hələ də sanki dünən olubmuş kimi xatırlayıram, baxmayaraq ki, o vaxtdan 30 il keçib. Hər dəfə Bakıya gələndə 20 Yanvar qurbanlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedirəm", - deyə türk dünyasının böyük ziyalısı əlavə edib.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.