Ərdoğan: “Türkiyədə tədris ilinin başa çatdırılmasına qərar verdik”

19-05-2020, 00:03           
Ərdoğan:
"Türkiyə Təhsil Nazirliyinin nəzdində olan məktəblərdə 2019-2020-ci tədris ilinin başa çatdırılmasına qərar verdik".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) bağlı nazirlərlə keçirilən videokonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, yeni tədris ilinə ənənəvi qaydada sentyabr ayından başlanılacaq: "Universitetlərlə bağlı vəziyyəti daha əvvəlcədən Ali Təhsil Şurası açıqlayıb".

R.T.Ərdoğan onu da bildirib ki, dövlət və özəl körpələr evi - uşaq bağçaları 15 iyundan fəaliyyətə başlayacaq. COVID-19-la mübarizə tədbirlərilə əlaqədar nazirliklər və digər dövlət qurumlarının ağırlaşdırılmış iş rejimində fəaliyyəti isə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru